“Vaqner” Voronejdəki hərbi obyekləri ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner” Voronejdəki hərbi obyekləri ələ keçirdi

Dünya

24 İyun 2023 12:06 673


"Vaqner" muzdluları Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirib. 

Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi ofisinə yaxın mənbə BBC-yə təsdiqləyib. "Voronejdəki bütün əsas obyektlər də nəzarətə götürülüb, hər şey Rostovdakı kimidir", - mənbə deyib.  pizza

Onu da bildirək ki, sözügedən məlumat "Vaqner"ə yaxın teleqram kanallarında da yayılıb. Rusiya rəsmiləri hələlik açıqlama verməyib. Bundan əvvəl Voronej vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib. 

BBC qeyd edib ki, FTX-nin hələlik "Vaqner"in üsyanını yatırmaq üçün konkret planı yoxdur. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!