“Vaqner“çilər Belarusda yeni tapşırıq aldı

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner“çilər Belarusda yeni tapşırıq aldı

Dünya

24 İyul 2023 22:58 1140


Belarus Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov "Vaqner" qrupunun nümayəndələri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, özəl hərbi şirkətlə qarşılıqlı fəaliyyət və onun təlimatçıları tərəfindən döyüşçülərimizin hazırlanması məsələləri gündəmə gətirilib.

Onlar qeyd ediblər ki, tərəflər dəqiq fəaliyyət planı hazırlayıb, müəyyən növ avadanlıqlardan istifadə ilə bağlı fikir mübadiləsi aparıblar. pizza mizza

Nazirin qeyd etdiyi kimi, "respublikanın sərhədləri yaxınlığında yaranmış çətin vəziyyəti nəzərə alaraq, mümkün çağırış və təhdidlərə cavab verməyə hazır olmaq xüsusilə vacibdir".

Kubrakovun sözlərinə görə, belarus döyüşçülərinin artıq mənimsədiyi "Vaqner" nümayəndələrinin praktiki təcrübəsi böyük əhəmiyyət kəsb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!