“Vətən Müharibəsi Qəhrəmanı”nın atası sədr seçildi

saytların hazırlanması

Evə çatdırılma

“Vətən Müharibəsi Qəhrəmanı”nın atası sədr seçildi

Sosial

19 May 2021 16:03 1317


Nərimanov Rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin müavinləri, Rayon Ağsaqqallar Şurasının üzvləri və ağsaqqallar iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında uğurlu daxili və xarici siyasət aparan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli Milli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açıb. Respublika ağsaqqallarının ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutması xüsusi vurğulanıb, ağsaqqalların həmişə gənclərə örnək olmaqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etməsindən söhbət açılıb.  pizza sifarişi

Milli Məclisin deputatı Eldar İbrahimov ağsaqqalları tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran məsələlər müzakirə olunub və yekdilliklə qəbul edilib. Hesabatda rayon Ağsaqqllar Şurasının İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri seçilib.

"Vətən Müharibəsi Qəhrəmanı", şəhid Hümbətov Azad Arif oğlunun atası Hümbətov Arif Məhəmmədəli oğlu yekdilliklə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə tank bölüyü komandiri, baş leytenant Hümbətov Azad Arif oğlu "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Arif Hümbətov ona göstərilən bu etimada görə Şura üzvlərinə təşəkkürünü bildirib, Prezident tərəfindən qarşıya qoyulmuş tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün bütün əməyini əsirgəməyəcəyini bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!