Vətən müharibəsində şəhid olmuş zabitimiz dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsində şəhid olmuş zabitimiz dəfn edildi - Fotolar

Sosial

03 May 2021 22:58 1031


Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz - leytenant Yusifov Əli Süləddin oğlunun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Şərur rayonuna yola salınıb.

Yenisabah.az xəbər verir ki, Əli Yusifov Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər, rayon rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri iştirak edib.

Qeyd edək ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbçimizin - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub. pizza mizza

Allah rəhmət eləsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!