Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
“Yeni Sabah”ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Məmmədov Fərid Şərif oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi vəzifəsindən azad olunub. pizza sifarişi
O, Kəpəz Rayon Polis İdarəsinin tədqiqat bölməsinə rəhbər təyin olunub.
Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.
Telegram kanalımız