Volodin Tehranda bildirdi: “İranla ticarət artıb“

saytların hazırlanması

Evə çatdırılma

Volodin Tehranda bildirdi: “İranla ticarət artıb“

Dünya

23 Yanvar 2023 13:51 632


2022-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi 15% artaraq 4,6 milyard dollar təşkil edib.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bunu Tehranda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, parlament əməkdaşlığı üzrə komissiyanın üçüncü iclasında qeyd edib ki, birgə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində böyük potensial görünür. Dominos pizza

"Söhbət müvəqqəti razılaşma əvəzinə azad ticarət zonası üzrə platforma sazişinin planlaşdırılmış şəkildə bağlanmasından gedir. Bu, xüsusilə ölkələrimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin yaradılması layihəsini həyata keçirməsi kontekstində aktualdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!