Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilir.
Yenisabah.az xəbər verir ki, aksiyada 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri edirlər.
Tədbir Azərbaycan və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçənlərin, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. pizza hut
Aksiyada BMT-nin bütün rəsmi dillərində şüarlar səsləndiriləcək, beynəlxalq ictimaiyyətə ədalət çağırışları ediləcək.
Telegram kanalımız