Xaçmazın Ağtala kəndində 12 yaşlı qız dəm qazından ölüb.
Yenisabah.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Şəhla Vüqar qızı Əlifxanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Ailə üzvlərinin bildirdiynə görə, Ş.Əlifxanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız