Xalq artisti Gəncədə pişiyin asılması ilə bağlı məsələyə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, Xalq artisti “İnstagram” hesabında bu əməli törədənləri tənqid edərək onların cəzalandırılmasını tələb edib:
“Bu fotonu izləyicilərim İnstaqramda mənə göndəriblər. Görəndə nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı? Bir heyvandan insan nə istəyə bilər axı? pizza hut
O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək”.
Telegram kanalımız