Xalq artisti özünü Kleopatraya bənzətdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti özünü Kleopatraya bənzətdi

Şou

17 Yanvar 2023 09:44 1700


Xalq artisti Aygün Kazımova növbəti dəfə fotosessiyası ilə gündəmə gəlib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, 51 yaşlı sənətçi 2 fərqli obrazda kamera qarşısına keçib.

A.Kazımova stilində ağ və qara rəngin ahəngindən istifadə edib. Pepperoni pizza

Xalq artisti ilk fotolarda məşhur dizayner Rüfət İsmayılın kolleksiyasında yer alan qara, qolları iri həcmli, sinə dekolteli libas geyinib.

Digər obrazda isə sənətçi ağ mirvarilərlə bəzədilmiş saç aksessuarından və boyunbağıdan istifadə edib. Onun bu görüntüsü Misir kraliçası Kleopatranı xatırladıb.

Aygünün şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb. İfaçının makiyajını isə məşhur vizajist Günəş Qasımova edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!