Daha bir Xalq artisti üçün yardım istənilir

saytların hazırlanması

Evə çatdırılma

Daha bir Xalq artisti üçün yardım istənilir

Şou

03 Dekabr 2022 10:32 1036


Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu haqda Hacı Nuran məlumat verib.

O bildirib ki, qarmonçunun qəfildən səhhəti pisləşib: Toyuqlu pizza

“Onun xəstəliyi barədə bilirdim. Düzü, inanmamışdım eşitdiklərimə. Çünki o, həyat dolu insandır. Nə xəstəliyə boyun əyər, nə qəm-kədərə. Onu həmişə sağlam, gümrah saxlayan musiqisi olub, məncə. Elə ki, qarmonu sinəsinə basardı, hər şeyi unudardı...

Öz aləmində olardı mahir qarmon ifaçısı, "Şöhrət” ordeni ilə təltif edilən, Azərbaycan Respublikasının Xalq artisti Aftandil Eynulla oğlu İsrafilov. İndi isə sağlamlığı onu yarıyolda qoydu. Təcili şəkildə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adam olub həmişə, amma dünya halıdır.

Biz nədən sığortalanmışıq ki? Həkimlər vəziyyətini ağır qiymətləndirirlər.  Xərc çox, ümid az... Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın, təki onu xilas edək. "Allah köməyi olsun" deyirəm və bir də dua edirəm, çünki bizim dost itirən vaxtımız deyil!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!