Xanlar Vəliyev vəzifəsindən azad edildi   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Xanlar Vəliyev vəzifəsindən azad edildi - RƏSMİ

Rəsmi

08 Aprel 2025 18:51 3623


Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.

Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!