Müğənni Xatirə İslam əri Fəxrəddin Musazadə ilə küsülü olduğunu açıqlayıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Zaurla Günaydın” verilişində danışıb.
Xatirə deyib ki, aralarında söz-söhbət olduğu üçün proqrama dəvətlə bağlı xəbəri də ona özü deməyib: Marqarita pizza
“Verilişin prodüseri zəng edəndə dedim, onlarla özün əlaqə saxla. Danışıram, biri mənə naz edir, deyir gəlirəm, ya gəlmirəm. Səncə, Fəxrəddin gələcək? Dünən məşqdə idim, oğluma dedim ki, atasına söyləsin, həm də bir az küsülülük var. Hər ailədə olur. Barışmağın vaxtı var. Bir dəfə bura gəlmişdim, bıçağı yumamış qaşıqların arasına qoymuşdum. Ona görə küsdü. Bu dəfə yeni maşın almışdım, sənəd problemi oldu. Onunla əlaqədar küsülülük oldu”.
Telegram kanalımız