Xatirə İslamın “romantik” videosu baha başa gəldi – Əri cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslamın “romantik” videosu baha başa gəldi – Əri cərimələndi

Şou

20 İyul 2026 08:53 948


Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin Musayev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan "romantik" skuter videosuna görə cərimələnib.

Musavat.com bildirir ki, bu barədə sənətçi özü sosial media hesabında məlumat verib.

Xatirə İslam bildirib ki, videonun silinməsi onu çox məyus edib: pizza sifarişi

"Minlərlə insan bizə, daha doğrusu mənə yazır ki, video niyə səhifədən silindi? İnanın, videonun silinməyinə görə çox pis olmuşam. Düzdür, qanun həmişə qanundur, qanun şahdır. Əgər olmazsa, olmaz. Amma məni ən çox sevindirən o idi ki, indiyədək heç bir mahnımın altında 3 min şərh olmamışdı. Bir nəfər də olsun pis fikir yazmamışdı. O qədər gözəl sözlər almışdım ki... Axşamdan səhərə qədər fikirləşirdim ki, görəsən, insanlar məni doğrudan da bu qədər səmimi sevirlər? Amma video silindi".

Müğənni daha sonra zarafatla əlavə edib: "Videosu silinmiş adamam, məni əsəbiləşdirməyin".

Xatırladaq ki, bir neçə gün əvvəl Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musayevlə birlikdə gecə saatlarında Bakıda skuterlə gəzintiyə çıxmışdı. Sosial şəbəkələrdə yayılan görüntülərdə müğənninin skuterin arxa hissəsində əks istiqamətə çevrilərək həyat yoldaşına sarıldığı əks olunurdu.

Video yayıldıqdan sonra sosial şəbəkələrdə ciddi müzakirələr başlamış, çoxsaylı istifadəçi onların yol hərəkəti qaydalarını pozduğunu bildirərək bu davranışı tənqid etmişdi. Daha sonra məlum olub ki, görüntülərlə bağlı Fəxrəddin Musayev barəsində inzibati qaydada cərimə tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!