"Kreml Xersondan çıxarılmasını və qoşunların Dnepr çayının sol sahilinə köçürülməsini alçaldıcı hesab etmir".
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, regionun statusunun dəyişmədiyini vurğulayıb. “Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu sabitdir, müəyyən edilir. Burada heç bir dəyişiklik yoxdur və ola da bilməz”. pizza
Peskov, həmçinin jurnalistləri Xerson istiqamətindəki vəziyyətlə bağlı şərh almaq üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa dəvət edib.
Telegram kanalımız