Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Xəstənin qohumu xəstəxanada dava saldı: Polis işə qarışdı
20 Sen 2021 09:50
526

Xəstənin qohumu xəstəxanada dava saldı: Polis işə qarışdı

Mingəçevir sakini Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının növbətçi bölməsində dava salıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, səhər sakini Bəxtiyar Məmmədov dünən axşam saatlarında dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib və avadanlıqların bir hissəsini qıraraq yarasız vəziyyətə salıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Məlum olub ki, Bağlar yaşayış massivi, 8-ci küçədən həyat yoldaşı üçün 103-ə çağırış edən kişi növbəlilik əsasında çağırış yerinə yetişən xidmət əməkdaşlarını gözləmədən xəstəni Şəhər Mərkəzi Xəstəxanasına gətirib. Aydın olub ki, xəstə ağır durumda deyil. Bundan sonra təcili yardım stansiyasına daxil olan kişi orada çalışan dispetçer xanımı və tibb bacılarını hədələməklə avadanlıqları qırıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər