Xəstəxanada dünyasını dəyişən Türkanın yaxın zamanlarda toyu olacaqmış...

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada dünyasını dəyişən Türkanın yaxın zamanlarda toyu olacaqmış...

Hadisə

25 Fevral 2025 22:36 1149


Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, 23 yaşlı qız xəstəxanada vəfat edib.

Hadisə şəhər ərazisində yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, dünən xəstəxanada vəfat edib. pizza mizza

Yaxınlarının verdiyi məlumata əsasən, daha əvvəldən Türkanın səhhəti ilə bağlı heç bir problemi olmayıb, əməliyyatdan öncə isə lazım olan bütün müayinələrdən keçib.

Gənc qızın dəqiq ölüm səbəbi hələlik məlum deyil, xəstəxanadan məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Türkan nişanlı olub, yaxın zamanlarda toyu olacaqdı.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!