Xəstəxanaya hücumu İsrail etməyib - Bayden 

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya hücumu İsrail etməyib - Bayden 

Dünya

18 Oktyabr 2023 13:46 525


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza zolağında yerləşən Əl-Əhli xəstəxanasına hücum barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, o, hücumun İsrail ordusu tərəfindən həyata keçirilmədiyi versiyasını dəstəkləyib. 

“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını – red.) siz yox, qarşı tərəf həyata keçirib”, - Bayden İsrailin baş nazirinə deyib. ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir.  pizza sifarişi

O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib. 

Fələstin hücuma görə İsraili günahlandırır. İsrail isə ittihamları rədd edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!