Xəzər dənizi ilə bağlı həyəcan təbili

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizi ilə bağlı həyəcan təbili

Sosial

27 İyun 2022 16:25 1066


Xəzərin  suyu günü-gündən azalır.  Artıq bu azalmanı Xəzərin sahillərində də açıq aşkar görmək mümkündür. Müxtəlif şəxslər olduqları ərazidə  müşahidə etdiklərini çəkərək sosial şəbəkələrdə  paylaşırlar. Və bu məsələni daha çox gündəmdə saxlayır. 

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Daha öncədən suyun altında qalan daş və qayalar artıq suyu üzündə görünməyə başlayıb. Bu da Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirdi ki, əsas səbəblərindən biri Volqa çayından gələn suyun miqdarının azalmasıdır.  pizza sifarişi

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi sahələrin fəaliyyətinə mənfi təsir edə bilər. 

Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!