XİN-dən Elmar Məmmədyarovla erməni həmkarının görüşü haqda AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Elmar Məmmədyarovla erməni həmkarının görüşü haqda AÇIQLAMA

Siyasət

30 Yanvar 2020 16:56 1148


Cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub:  

“Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.  

Bu xüsusda, Nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar”, - deyə XİN Mətbuat xidməti idarəsinin məlumatında qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!