Ankara Vaşinqtondan vaiz Fətullah Gülənin ABŞ-dakı tərəfdarlarının fəaliyyətinin dayandırılması üçün tədbirlər görəcəyini gözləyir.
Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.
Onun sözlərinə görə, ABŞ terrorizmlə mübarizədə prinsipial, ardıcıl, qəti və effektiv yanaşma nümayiş etdirməlidir. Sezar pizza
Daha əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara ABŞ-dan Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.
Kalın sözlərinə görə, ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir.
O əlavə edib ki, Ankara hardan olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmir və ABŞ-la münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid edir.
Telegram kanalımız