Xırdalanda dağıntılar altından bir nəfərin meyiti çıxarıldı
26 Yan 2021 00:54
286

Xırdalanda dağıntılar altından bir nəfərin meyiti çıxarıldı

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.

Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi də xilasetmə əməliyyatı ilə bağlı son məlumatı yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək", - deyə FHN-in məlumatında qeyd olunub.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər