Xoşqədəm ittihamlara cavab verdi: “Babası dedi ki...“

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm ittihamlara cavab verdi: “Babası dedi ki...“

Şou

16 Fevral 2023 13:30 848


Övladının müalicəsi üçün "Səni axtarıram" proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini iddia edir. 

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə müraciət etdiyini bildirib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə məsələyə öz proqramında reaksiya verib. Pepperoni pizza

O, adıçəkilən ailənin efirə dəvət olunmasından və onlara necə köməklik göstərilməsinə dair bildirib ki, bu ailənin övladının müalicəsi üçün ayrılan pul vaxtilə Ankaraya müalicə üçün göndərilən, amma vəfat edən uşaq üçün toplanan vəsait olub:

"Həmin ailə özü də əvvəlcədən bizə müəyyən qədər pul vermişdi. Uşaq ora gedəndən sonra babası gəlib dedi ki, istəmirik orada qalsın, çünki yanında bir neçə nəfər olmalıdır. Bunu həkimlə danışıb yoluna qoyduq. Daha sonra baba yenidən gəlib dedi ki, uşaqda ikinci bir xəstəlik var, istəmirik orada qalsın.

Mən də bildirdim ki, axı uşaq ora göndərilib, qoyun qalsın. Necə yalvarırdım... Dedim ki, qoy müalicəsini alsın. Amma baba dedi ki, istəmirik, onsuz da müalicəsi yoxdur. Müalicəni istəməyəndə verdikləri pulu geri istədilər. Bundan əlavə, bildirdilər ki, digər pul başqa uşaqların müalicəsinə xərclənsin.

Sənəd imzaladı, pulunu götürdü. Mən dünən bilirəm ki, bir ay öncə uşağın atası bizə zəng edir və deyir ki, "Almaniyaya müraciət etmişəm, uşağı orada müalicə etdirəcəyəm. Bunun üçün pul yığaq". 

X.Hidayətqızının sözlərinə görə, vətəndaş o vaxt övladının müalicəsi üçün ayrılan pulu istəyir: "Həmin pul vəfat edən Amin üçün yığılmışdı. Daha sonra bu uşaq üçün ayırdıq. Özlərinin istəyi ilə də başqa uşaqların müalicəsinə ayrıldı. Özü də deyir ki, "studiyada oturduğum günlərdə pul elə bizim uşağa görə göndərilib. Başa düşmürlər ki, hər şey banklarla olur və tarixlər var".

Aparıcı daha sonra həmin valideynin səsyazısını da yayımlayıb. Səsyazısında da valideyn yığılan puldan bir qəpik istəmədiyini bildirib.

X.Hidayətqızı artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!