Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 

Sosial

14 İyun 2024 16:18 1195


İyunun 15-16-sı gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. 

Bildirilir ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.  pizza hut

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!