Yaponiyada zəlzələ: İtkilər sadalandı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada zəlzələ: İtkilər sadalandı

Dünya

02 Yanvar 2024 08:59 709


Bazar ertəsi Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Yenisabah.az Kyodo-ya istinadla xəbər verir ki, zəlzələ İşikava prefekturasının Vacima şəhərində əhəmiyyətli struktur dağıntılarına və yanğınlara səbəb olub. 50-dən çox ev və tikili dağılıb, 100-dən çoxu yanğın zamanı zərər çəkib.

Dəmir yolu əlaqəsi pozulub, elektrik enerjisi kəsilib. Xilasedicilərin köməyinə ölkənin özünümüdafiə qüvvələrinin bölmələri göndərilib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin çərşənbə axşamı səhər saatlarında ləğv edilib.

Yanvarın 1-də Honsyu adasındakı Vacima şəhərindən 30 kilometr şərq-şimal-şərqdə, episentri İşikava prefekturasında 7,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilir. İlk təkandan sonra 80-dən çox afterşok baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!