Yas mərasimində iştirak edən 18 nəfər cərimələndi - Foto
08 İyl 2020 16:03
275

Yas mərasimində iştirak edən 18 nəfər cərimələndi - Foto

Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehdibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunublar.

Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehdibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunublar.

Yas mərasimində iştirak edən 18 nəfər cərimələndi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər