“Yaxşı ki, bizi bu dünyaya qadın gətirib“ - Samir

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı ki, bizi bu dünyaya qadın gətirib“ - Samir

Şou

08 Mart 2023 17:06 709


“Mən iki qız atasıyam. Qız, qadın anlayışı mənim üçün bir başqadır. Qadını zəif yox, zərif görmək istəyirəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri "Instagram"da müğənni Samir Piriyev paylaşıb.

O, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə yazıb: Sezar pizza

“Cahil yox, savadı, peşəsi, sənəti, ailədə və cəmiyyətdə hörməti, dəyəri olsun istəyirəm. Öz seçimi, doğru qərarlarının, dünya görüşünün olmağını arzulayıram. Özünü inkişaf etdirsin ki, gözəl övladlar da yetişdirə bilsin. İlin hər günündə önəmli, dəyərli olan da, sevilən də, uğur qazanan da siz olasız. Yaxşı ki, bizi bu dünyaya qadın gətirib. Bayramınız mübarək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!