Yeni icra başçısı köməkçisini işdən çıxardı -   Bir ay əvvəl vəzifəyə gətirmişdi

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı köməkçisini işdən çıxardı - Bir ay əvvəl vəzifəyə gətirmişdi

Siyasət

26 Dekabr 2025 11:16 3659


Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Ceyhun İsmayılov icra başçının köməkçisi vəzifəsindən azad edilib. O, bir ay əvvəl bu posta təyinat almışdı. pizza sifarişi

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi götürmüşdü.

Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla E.İbrahimov Kürdəmirin icra başçısı postundan çıxarılıb və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, Kürdəmirdə köməkçisi işləmiş Ceyhun İsmayılovu Bakıya gətirərək yenidən özünə köməkçi təyin etmişdi.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!