Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid məzarlarını ziyarət edib.
Yenisabah.az xəbər verir ki, bu gün rayondakı fəaliyyətinin ilk günündə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə həlak olan Beyləqan şəhərində dəfn olunmuş şəhidlərin məzarlarını və Cərciz Peyğəmbər ziyarətgahını ziyarət edib.
Ziyarət zamanı şəhidlərimizin ruhlarına dualar edilib, əziz xatirələri ehtiramla anılıb. Toyuqlu pizza
Ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında beyləqanlıların da xüsusi çəkisi və rolu olub. Vətən Müharibəsində Beyləqan rayonunda 2300-ə yaxın vətəndaş iştirak edib. Qəhrəmanlar yurdu adlanan Beyləqan Vətən Müharibəsi zamanı və sonrakı döyüş əməliyyatlarında 147 şəhid verib. Bununla da ən çox şəhid verən rayonlar sırasına yüksəlib.
Telegram kanalımız