Yeni İsrail-Fələsin müharibəsi: Yaxın Şərq od içindədir

saytların hazırlanması

Evə çatdırılma

Yeni İsrail-Fələsin müharibəsi: Yaxın Şərq od içindədir

Dünya

07 Oktyabr 2023 12:42 611


İsrail Müdafiə Qüvvələri HƏMAS-ın ölkəyə genişmiqyaslı hücumları ilə əlaqədar "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

Yenisabah.az xəbər verir ki, hazırda İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirir, ordu qeyd edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari də bildirib ki, İsrailə 2200-dən çox raket atılıb və HƏMAS yaraqlıları ölkəyə qurudan, havadan və dənizdən sızıblar. Dominos pizza

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, HƏMAS İsrailə qarşı müharibəyə başlayıb və bu müharibədə qalib gələcək.

Qəzza zolağındakı fələstinli döyüşçülər Şənbə günü səhər saatlarında İsrailin cənubuna və mərkəzinə raket zərbəsi endiriblər. Onlar yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olub. 35 İsrail vətəndaşı əsir götürülüb.

Raket hücumları nəticəsində yüzdən çox israilli yaralanıb, bir qadın həlak olub.

HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Def hərəkatın "Əl-Əqsa Daşqını" əməliyyatının başlanması münasibəti ilə İsrailə 5 min raket atdığını açıqlayıb. O, bütün fələstinliləri silaha sarılmağa çağırıb.

Öz növbəsində HƏMAS lideri İsmayıl Haniyə rəsmi açıqlama verib ki, hərəkat Qüdsdəki Əl-Əqsa məscidini, müqəddəs yerləri və fələstinli məhbusları müdafiə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!