Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru və eyni adlı Media Qrupun rəhbərinin müavini Azər Ayxan iyul ayının 6-sı istefa verərək işindən ayrılıb.
Yenisabah.az əməkdaşı Azər Ayxanla əlaqə saxlayaraq, hazırda nə etdiyini, hansı gələcək planlarının olduğunu öyrənib.
A.Ayxan hazırda istirahət etdiyini və yeni layihə üzərində işlədiyini bildirib: pizza
“Hazırda istirahət edirəm, özümlə məşğulam. Paralel olaraq da bəzi planlar üzərində düşünürəm, işləyirəm. Hələ ki, açıqlamaq istəmirəm, amma insan ən yaxşı bildiyi işlə məşğul olmalıdır, mənim də ən yaxşı bildiyim iş media sahəsidir. İstəyirəm gələcək fəaliyyətimi də bu sahədə davam etdirim. Bir layihə ətrafında düşünürəm, müzakirələr aparıram hazırda. Bu sahədə qalıb işləmək üçün kifayət qədər yaşım, təcrübəm və əlaqələrim var. Əgər nəticə olarsa, bunu ilk növbədə öz həmkarlarımla bölüşəcəm.”
Keçmiş baş redaktor “Yeni Müsavat”a qayıtma ehtimalının olmadığını bildirib:
“Geri dönmək ehtimalım nə də fikrim yoxdur.”
Nurlan Cəfəri
Telegram kanalımız