Yeni nazir müavini görün kimin oğlu imiş...

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir müavini görün kimin oğlu imiş...

Siyasət

20 Mart 2026 17:18 3122


Xəbər verdiyimiz kimi, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavini təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib. pizza mizza

Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.

Məlumata görə, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!