Tanınmış kardioloq Afiyəddin İsgəndərova yeni vəzifə verilib.
"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini - Baş həkimi təyin edilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müvafiq əmr imzalayıb. pizza sifarişi
Ötən ilin oktyabr ayında Afiyəddin İsgəndərov öz xahişi ilə "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsindən ayrılmışdı. Hazırda "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsini hazırda Ləman Məlikova icra edir.
Telegram kanalımız