Yevlaxda toy edənlər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda toy edənlər cərimələndi

Sosial

11 Aprel 2021 11:33 760


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yenisabah.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kövər kənd sakini Ədalət Hüseynov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 10 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!