Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Yığmamızın yer alacağı səbət müəyyənləşdi  - Türkiyə, Yunanıstan...
25 Okt 2021 17:44
624

Yığmamızın yer alacağı səbət müəyyənləşdi - Türkiyə, Yunanıstan...

Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

Yenisabah.az xəbər verir ki, tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hər birində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq. C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Səbətlərin tərkibi

A Liqası

1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika

2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya

3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya

4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B Liqası

1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya

2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya

3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya

4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C Liqası

1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya

3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo

4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları

D Liqası

1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta

2-ci səbət: Latviya, San-Marino, Andorra

Millətlər Liqasının təqvimi

1-ci tur: 2 - 4 iyun

2-ci tur: 5 - 8 iyun

3-cü tur: 9 - 11 iyun

4-cü tur: 12 - 14 iyun

5-ci tur: 22 - 24 sentyabr

6-cı tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər