Yol Polisindən mühüm   MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Yol Polisindən mühüm MÜRACİƏT

Sosial

01 İyun 2024 19:23 798


Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

"Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir. Sezar pizza

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!