Yunanıstan sahillərində qayıq batdı,   300 pakistanlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstan sahillərində qayıq batdı, 300 pakistanlı öldü

Dünya

19 İyun 2023 12:10 587


Pakistan Senatının sədri Məhəmməd Sancrani Yunanıstanın Peloponnes yarımadası yaxınlığında baş verən miqrant qayığı qəzasında 300 pakistanlının həyatını itirdiyini açıqlayıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan rəsmiləri Pakistanın elan etdiyi ölənlərin sayını hələ təsdiqləməyib. 

Sağ qalanların ifadələri göstərir ki, qadınlar və uşaqlar baqaj bölməsində səyahət etmək məcburiyyətində qalıb, pakistanlılar isə qayığın ən təhlükəli hissəsinə məhkum ediliblər. Bildirilib ki, pakistanlılar göyərtənin altında getməyə məcbur edilib, digər millətlərdən olan immiqrantlara isə üst göyərtəyə qalxmağa icazə verilib, burada onların çevrilmə zamanı sağ qalmaq şansı daha yüksək olub. Sağ qalanlardan birinin dediyinə görə, şərait o qədər acınacaqlı olub ki, hələ batmamışdan əvvəl şirin su olmadığından 6 nəfər ölüb.Pakistanda 1 günlük milli matəm elan etmək qərara alınıb. Milli matəm çərçivəsində bütün ictimai binalarda bayraqlar yarıya qədər endirilib. Hadisəni araşdırmaq üçün 4 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!