Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verdi
19 Dek 2020 20:45
1585

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, başsağlığında deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər