Zaxarova Paşinyanın arvadını hədəf aldı

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Paşinyanın arvadını hədəf aldı

Dünya

02 Noyabr 2023 15:45 963


“Biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk”. 

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formulu üzrə üçüncü beynəlxalq konfransda iştirakını şərh edərkən deyib.

Eyni zamanda, Zaxarova Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini və Ermənistan parlamentinin sədri Alen Simonyanın Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə Dublində görüşünü bir daha xatırladıb:  Sezar pizza

“Paşinyan özü Qrenadada Stefançukla görüşüb. İrəvan bilməlidir ki, bu, ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flörtdür. Başqa bir tərif yoxdur. Təəssüflər olsun ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdıqları müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!