Zelenskidən ikinci prezidentlik müddəti barədə açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən ikinci prezidentlik müddəti barədə açıqlama

Dünya

31 Avqust 2023 23:00 389


Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə seçkilərin keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olmaq niyyətində olduğunu bildirib.

O, çətin anlarda ölkəsini heç vaxt tərk etməyəcəyini vurğulayıb.

Ukrayna lideri seçkilərin 2024-cü ildə keçirilməli olduğunu desə də, qeyd edib ki, ölkə konstitusiyasında seçkilərin hərbi vəziyyətdə keçirilməsi nəzərdə tutulmayıb. Toyuqlu pizza

“Hal-hazırda bizim qanuni olaraq seçki keçirmək hüququmuz yoxdur”, - Zelenski deyib. Eyni zamanda prezident əlavə edib ki, o, “qanunvericiliyə dəyişikliklər etməyə hazırdır”.

Dövlət başçısı bildirib ki, 2024-cü ildə Ukraynada növbəti prezident seçkiləri yalnız müharibə bitdiyi təqdirdə keçirilə bilər.

Məlumat üçün qeyd edək ki, Ukraynada səkkizinci prezident seçkiləri 2024-cü il martın 31-nə təyin edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!