Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində 10 bəndlik “sülh formulu” təklif edib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Zelenski konfrans iştirakçılarına onlayn müraciətində deyib.
“Ukraynaya ədalət, suverenlik, ərazi və müstəqilliklə güzəştlər təklif etməməlisiniz. Biz qaydalara hörmət edirik və biz öz sözümüzün adamlarıyıq. Ukrayna sülhməramlı səylərdə həmişə lider olub və dünya bunu görüb. Guya Rusiya bu müharibəni bitirmək istədiyini deyir, əgər belədirsə, qoy, onlar bunu əməlləri ilə sübut etsinlər”, - deyə o,vurğulayıb. Dördpendirli pizza
“Biz Rusiyanın gözləməsinə, qüvvələrini artırmasına, sonra isə yeni terror aktlarıyla qlobal sabitliyin pozulmasına başlamağa imkan verməyəcəyik. Bundan sonra “Minsk-3” olmayacaq ki, Rusiya bunu yenidən pozsun”, – dövlət başçısı əlavə edib.
Ukraynanın 10 şərtlik “Sülh Formulu”ndan danışan Volodimir Zelenski həmin şərtləri açıqlayıb:
1. Radiasiya və nüvə təhlükəsizliyi;
2. Qida təhlükəsizliyi;
3. Enerji təhlükəsizliyi;
4. Bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi;
5. BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası;
6. Rus qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması;
7. Ədalətin bərpası;
8. Ekoloji terrorun dayanması;
9. Eskalasiyanın qarşısını almaq;
10. Müharibənin sonunun qeydə alınması.
“Ukrayna dünyanın aparıcı dövlətlərini bizimlə sülhün yaradıcısı olmağa dəvət edir”, – prezident qeyd edib.
Telegram kanalımız