Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Zəngilan və Qubadlıya ilk yük qatarı yola düşdü
15 Okt 2021 17:21
758

Zəngilan və Qubadlıya ilk yük qatarı yola düşdü

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində ölkənin işğaldan azad olunmuş ərazilərinə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirir.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata əsasən, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.

TURKUAZ layihəsi - “ADY Konteyner” in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.

  • RAHİM
    RAHİM
    Gözün aydın QARABAĞ. İLK PAYIZLIQ TOXUM BƏRƏKƏTLİ OLSUN. ZƏFƏR BAYRAMI ƏRƏFƏSİNDƏ ƏKİLƏN TOXUM KAŞ AZƏRBAYCANI ƏRZAQ ASILILIĞINDAN AZAD ETSİN. AMİN, AMİN.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər