Zülfiyyənin oğlu Renkanı ağlatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Zülfiyyənin oğlu Renkanı ağlatdı - Video

Şou

27 Dekabr 2022 15:13 935


Rəqqasə Renka (Rəna Ağamuradova) və Aşıq Zülfiyyə İbadovanın oğlu Babək arasında gərginlik yaşanıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, onlar “İndi başla” verilişində qonaq olarkən mübahisə ediblər. Buna səbəb isə Renka atasından və sənətə başlamasından danışarkən Babəkin “off” deməsi olub.

Rəqqasə onun reaksiyasına qəzəblənib və göz yaşlarını saxlaya bilməyib: O, “Deyəsən, sıxıldız,. “off” dediz. Mən elə reaksiya vermirəm siz danışanda. Ayıbdır axı. Siz də danışanda mən belə edəcəm. Mən o tərbiyədə deyiləm”. Marqarita pizza

Aşıq Zülfiyyə isə “Siz Allah rəhmət etsin deyəndə o reaksiyanı verdi. O, nənə-babasını çox istəyirdi”, - söyləyib. Bu zaman Babək anasına nəsə açıqlama vermək məcburiyyətində olmadığını deyib.

Daha sonra Babək söyləyib ki, qadına qərəzi ola bilməz və hörmətsizlik etməz. Aşıq Zülfiyyə də Renkanın oğlunu yanlış anlamamasını istəyib. Buna baxmayaraq, rəqqasə efiri tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!