Aparıcı Zümrüd Bədəlova müğənni olmaq yolunda irəliləyir.
Yenisabah.az Olay-a xəbər verir ki, bu barədə o, “Gül kimi şou”da danışıb.
Aparıcı Cavid Gülün suallarını cavablandıran Zümrüd ona gələn duet təklifləri barədə açıqlama edib: Toyuqlu pizza
“İnsanın həyatında depressiv anlar olur. Elə sıxıntılı günlərin birində efirdə dedim ki, müğənnilər var, sıxılanda, üzüləndə gedirlər studiyaya, mahnı oxuyub, rahatlıq tapırlar, mənə də bir mahnı gəlsəydi, ifa edərdim. Bu fikri də mənə Xalq artistlərimiz aşılamışdı ki, sən oxumalısan. Dedim, bu dəfə oxuyacağam. Səhər efirdə bu sözü söylədim, axşama mənə mahnı göndərdilər. Mahnı çox gözəl idi. Ərinmədim, getdim studiyaya, oxudum. Xanəndə Aytən Məhərrəmova mənə kömək etdi. Elə-belə oxudum, çıxdım. Sadəcə olaraq indi duet təklifləri gəlir onları dəyərləndirirəm”.
Z. Bədəlova hətta Əməkdar artistlərdən də iş birliyi təklifi aldığını da deyib.
Telegram kanalımız