Bərpaolunan enerji sahəsində qlobal keçid 20-25 il əvvəl başlasa da, bu gün də sürətlə davam edir. Çili kimi ölkələr artıq istehlak etdikləri elektrik enerjisinin böyük hissəsini bərpaolunan mənbələrdən əldə edərək ciddi uğurlara imza atıblar.
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri iqtisadi ekspert Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda da son illər bu sektora diqqət xeyli artıb və dövlət tərəfindən yeni proqramlar qəbul olunub:
“Lakin mütəxəssislər bildirirlər ki, neft-qazdan asılılıq necə problemdirsə, bərpaolunan enerji avadanlıqları, onların proqram təminatı, təmiri və yerli mütəxəssis bazası baxımından xaricdən asılı olmaq da analoji risk yaradır. Bu səbəbdən bərpaolunan enerji infrastrukturu ilə yanaşı, yerli istehsal və servis imkanları da paralel qurulmalıdır. Dördpendirli pizza
Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk altı ayında Azərbaycana cəmi 1,1 milyon dollar dəyərində günəş panelləri idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 101 dəfə artaraq 110,8 milyon dollara çatıb. Bu kəskin artım ölkədə xarici (əsasən ərəb) investisiyaları hesabına icra olunan irimiqyaslı layihələrlə bağlıdır. Lakin yerli istehsalın təşkili məsələsi hələ də aktuallığını qoruyur.
Ekspertlərin fikrincə, günəş panelləri xüsusilə fərdi ev təsərrüfatlarında böyük səmərə verə bilər. Bunun üçün əhalinin evlərinə günəş panelləri quraşdıra bilməsi məqsədilə faizsiz və ünvanlı kreditlər verilməli, eyni zamanda vətəndaşların istehsal etdiyi əlavə elektrik enerjisinin dövlət tərəfindən satın alınması üçün xüsusi şəbəkə mexanizmi yaradılmalıdır. Bu model tətbiq olunarsa, xüsusilə Aran zonasında yaşayan sakinlərin aylıq kommunal xərcləri sıfırlanar, əlavə gəlir imkanı yarandığı üçün ayrılan kreditlər 2-3 il ərzində ödənilər və nəticədə ev təsərrüfatları uzunmüddətli pulsuz enerji mənbəyinə sahib olarlar”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız