Cari ilin ilk doqquz ayı (yanvar-sentyabr) ərzində Qarabağ iqtisadi rayonunda dənli və dənli paxlalı bitkilərin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 547,9 min tona çatıb.
“Yeni Sabah” xəbər verir ki, iqtisadi rayon üzrə məhsuldarlıqda ilk üçlüyü Ağcabədi (181,5 min ton), Füzuli (146,6 min ton) və Bərdə (69,1 min ton) rayonları tutur. Həmçinin Ağdamda 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xocalıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton məhsul tədarük edilib.
İllik müqayisədə ən yüksək artım dinamikası Xocalı rayonunda müşahidə olunub – burada yığım 2,3 dəfə çoxalıb. Artım qeydə alınan digər rayonlar sırasında Tərtər (25,5%), Şuşa (18,5%), Bərdə (13,2%), Ağcabədi (8,1%), Xocavənd (6,1%) və Füzuli (4,4%) yer alıb. Bununla yanaşı, Ağdamda 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalma baş verib. Sərfəli qiymətə məhsullar
Cəlalə Cəlalqızı
Telegram kanalımız