İsrafil Aşurlu Himalaya çıxır

saytların hazırlanması

Evə çatdırılma

İsrafil Aşurlu Himalaya çıxır

İdman

06 May 2019 18:57 3526


Məşhur Azərbaycanlı alpinist İsrafil Aşurlı Himalay dağlarının ən yüksək zirvələrindən biri olan Lxotzeni (8511 m) fəth edəcək ekspedisiyanın tərkibində Nepaldadır. Bu dağ dünyanın ən yüksək zirvəsi olan Everestin bilavasitə yaxınlığındadır.

Baza düşərgəsində (5600 м) iki həftə qalan Aşurlı alpinist qrupunun tərkibində 2-ci və 3-cü düşərgələrə ( 6400 m və 7800 m) akklimitizasiya yürüşləri edib.

Hazırda bu bölgədə bir neçə gündür güclü külək davam edir və alpinistlər dağa dırmanmaq üçün havanın düzəlməsini gözləyirlər. pizza hut

Aşurlının sözlərinə görə, bu mövsümdə Nepal höküməti 77 əcnəbi alpinistə Lxotzenin fəthi üçün və daha 375 nəfərə Everestə dırmanmaq üçün icazə verib. Amma hələlik heç kim fəthi həyata keçirməyib.

"Ümid edirəm ki, hava sakitləşəcək və bizim təxminən 7800 metr yüksəklikdə dördüncü düşərgəni qurmağımıza və oradan zirvənin fəthinə keçməyimizə imkan verəcək. Nə qədər ki, hava şəraiti pisdir, alpinistlər istirahət edir, fəthə hazırlaşırlar", - deyə Aşurlı Turan-ın müxbiri ilə söhbətində bildirib.

Qeyd edək ki, Himalayda fəth mövsümü mayın sonlarında başa çatır, belə ki, yay aylarında musson küləkləri dağlara qar və fırtına gətirir.

İsrafil Aşurlu ən çox titula sahib Azərbaycan alpinistidir. 2007-ci ildə ilk azərbaycanlı olaraq, Everesti (8848 m) və 2011-ci ildə Himalayın digər nəhəngini - Kantencanqanı (8586) fəth edən alpinistdir.

7 il ərzində Aşurlı Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib, amma Azərbaycanın Ekologiya və İdman nazirliklərinin rəhbərliyi tərəfindən illər boyu davam edən sabotaj və təzyiq nəticəsində 2014-cü ildə bu vəzifəni tərk edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!