“2026-cı ilin yayında moda həm canlı, həm də sakit tonların harmoniyasına üstünlük verəcək. Bu mövsümün ən çox istifadə olunan rəngləri limon sarısı, narıncı, çəhrayı, parlaq mavi kimi canlı və zeytun yaşılı, krem kimi təbii, yumşaq tonlardır. Rənglərin qarışığı həm fərqlənməyə, həm də təbii görünüş yaratmağa imkan verir”.
Bu sözləri "Yeni Sabah"a modelyer-dizayner Şəlalə Maqsudova deyib. 2026-cı ilin yay dəbindən danışan modelyer qeyd edib ki, bu il sport və klassik elementlərin qarışığı da trenddə geniş yer tutacaq:
“Stildə əsas fokus “rahatlıq + diqqətçəkicilik” balansındadır. Günlük geyimlərdə boş köynəklər, geniş şalvarlar, sadə səndəl və ya başmaq rahatlığı təmin edir, çiçək təsvirli donlar və geniş uçuşan ətəklər isə fərqlilik yaradır. Sport və klassik elementlərin qarışığı da trendlərdə geniş yer tutur. 2026-cı ilin yayında sadə geyimləri güclü aksessuarlarla birləşdirmək əsas trenddir. Retro təsirlər – 90-lar və 70-lər stili – yenidən önə çıxır”. pizza hut
Ş.Maqsudova hesab edir ki, bu yay dəb həm komfortu, həm də vizual fərqliliyi ön planda tutur:
“Aksessuarlar bu yay stilin mərkəzindədir. Mini, amma diqqətçəkən çantalar, zəncirli (chain) modellər və böyük statement zinət əşyaları, iri sırğalar, qalın qolbaqlar, üst-üstə boyunbağlar fərqlənməni təmin edir. Şərf və bandanalar saçda, boyunda və ya çantaya bağlanmış formada istifadə olunur. Saman (straw) çantalar, toxunma (woven) modellər, dekorativ kəmərlər bel vurğulayan görünüş yaradır. Bu yay moda həm komfortu, həm də vizual fərqliliyi ön planda tutur. Rənglərin enerjisi, geniş kəsimlər və statement aksessuarlar birlikdə unikal və diqqətçəkən bir yay görünüşü təqdim edir”.
Cəlalə Cəlalqızı

Telegram kanalımız