İtmiş filmin rejissoru: Nazir də deyir ki...

saytların hazırlanması

Evə çatdırılma

İtmiş filmin rejissoru: Nazir də deyir ki...

Mədəniyyət

06 May 2026 17:48 193


“Əslində, o film həmişə fondda olub. Sadəcə, arada “Azərbaycanfilm” kinostudiyasındakı dəyişikliklər zamanı itmişdi. Orada olan filmlərə də hər zaman kinostudiya cavabdeh olub”.

Bunu “Yeni Sabah”a kinorejissor, ssenarist Cahangir Mehdiyev deyib.

Onun qeyd edib: “İlk dəfə Azərbaycana beynəlxalq mükafatları həmin filmlərlə mən gətirmişəm. “Araşdırın” filmi bir nəfərin iş həyatından bəhs edir. Həmin adam bir gün ayılır və başa düşür ki, öz yerində deyil. İşdən çıxmaq üçün ərizə yazsa da, onu buraxmırlar. Soruşurlar ki, haçan bilmisiniz ki, siz öz yerinizdə deyilsiniz? Cavab verir ki, bu axşam yuxuda görmüşəm ki, tutduğum vəzifə mənim yerim deyil. pizza hut

Müdür də ona deyir ki, gedin işinizin başına və öz yerinizdə olmadığınızı heç kəsə deməyin. Bu da gedir nazirə məktub yazır və bildirir ki, mən axmaq adamam və başa düşmüşəm ki, öz yerimdə işləmirəm. Nazir də cavab verir ki, bunu dərk edirsinizsə, deməli, ağıllanmısınız. Gedin işinizə davam edin. Bu adam da görür ki, nə etsə də, işdən çıxa bilmir. Bir gün də baxır ki, öz ərizəsini elə özünə göndəriblər. O da üstünə “araşdırın” yazıb "yuxarı"ya göndərir. Özü öz ərizəsini qəbul edir və araşdırılmasını istəyir. Yəni insan gec də olsa, öz yerində olmadığını görür”.

Rejissor qeyd edib ki, sözügedən film onun kurs işi olub:

“Filmin adına bu günə qədər heç bir siyahıda rast gəlinməyibsə, bu onların günahıdır. Mən sadəcə öz vəzifəmi yerinə yetirərək filmlərimi çəkmişəm, bu barədə fikirləşməmişəm. Siyahıya niyə əlavə olunmayıb, bilmirəm. Film Fondunun və Aydın Kazımovun kitabda qeydlər aparanda həmin filmi də oraya yazıb, yazmadıqlarını bilmirəm. Hər şey “soyuq münasibət”lərə görə olub. Hamı bilir ki, mən bütün filmlərimi “Azərbaycanfilm”də çəkmişəm. Başqa studiyanın məhsulu olsa belə, orada çəkmişəm. Hətta “Mosfilm” rejissorları arasında sağ qalan yeganə rejissor mənəm.

Bütün filmlərim kimi bu da öz rayonlarımızda çəkilib. Hadisələr hamısı burada baş verib. Mən hər zaman öz milli, mənəvi dəyərlərimə bağlı olan rejissor olmuşam”.

Qeyd edək ki, “Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib. Bu barədə Dövlət Film Fondu məlumat yayıb. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Bu, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!