Astroloq Dinçer Güner Merkür və Veneranın retro hərəkətini başa çatdıracağını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Günerin sözlərinə görə, Merkür bu gün axşam, Venera isə gecə yarısı geri hərəkətini tamamlayacaq. Bununla da təxminən 1,5 aydır davam edən retro dövrü sona çatacaq.
Astroloji şərhlərə görə, bu müddətdə yaşanan ünsiyyət problemləri, gecikmələr, münasibətlərdəki anlaşılmazlıqlar və maddi məsələlərlə bağlı çətinliklər tədricən geridə qala bilər. ShopByBro
Astroloq bildirib ki, retro dövründə bitən münasibətlər və pozulan razılaşmalar yenidən gündəmə gələ bilər. Yarımçıq qalan söhbətlərin tamamlanması, keçmiş problemlərin həlli və münasibətlərdə barışıq üçün imkanlar yarana bilər.
Bununla belə, retro hərəkətlərin başa çatması ilə astroloji təqvimdə “kölgə dövrü” başlayır. Dinçer Günerin fikrincə, ayın sonunadək davam edəcək bu mərhələdə əvvəlki problemlər yenidən nəzərdən keçirilə, verilmiş qərarlar və atılmış addımların nəticələri qiymətləndirilə bilər.
Qeyd edək ki, astrologiyada Merkür ünsiyyət, texnologiya və müqavilələrlə, Venera isə sevgi, münasibətlər və maliyyə məsələləri ilə əlaqələndirilir. Bu proqnozlar astroloji şərhlərə əsaslanır və elmi fakt hesab edilmir.
Aytac Əliyeva
Telegram kanalımız